DÜNYA 2020.02.14 17:56

ABŞ İraqa 45 gün vaxt verdi

30

Birləşmiş Ştatlar İraqın İrandan qaz və elektrik alışını davam etdirməsi üçün 45 gün vaxt verib, amma eyni zamanda sərt şərtlər irəli sürüb.

ABŞ Dövlət Departamenti fevralın 12-də bildirib ki, “İraq qısamüddətli enerji ehtiyaclarını ödəməyə qadirdir və İrandan enerji idxalından asılılığı azaltmaq üçün addımlar atır”.

Vaşinqton 2018-ci ilin sonunda İranın enerji sektoruna və Tehranla iş görən ölkələrə sərt sanksiyalar tətbiq edib.

İraqa bundan qabaq 120 günlük möhlət verilmişdi.

Bağdad İrandan qaz və elektrik idxalından asılıdır, elektrik şəbəkəsinin üçdə birini bu idxal hesabına təchiz edir.

Vaşinqtondan maliyyə və hərbi dəstək alan İraq Birləşmiş Ştatlar və İranla münasibətlərini balanslaşdırmağa çalışır. İranın İraqın şiə əhalisi üzərində nüfuzu böyükdür. ABŞ-ın Bağdad yaxınlığında iranlı generalı öldürməsindən sonra ikitərəfli münasibətlərdə gərginlik yaranıb.

Dövlət Departamenti bildirir ki, İraqın enerji təhlükəsizliyini təmin etməsi vacibdir. İraqın aparıcı rəsmisinin “AP”yə deməsinə görə, Bağdada bildirilib ki, İraq qaz müstəqilliyini təmin edəcək planın texniki qrafikini təqdim edəndən sonra bu müddət uzadıla bilər.

azadliq.org

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı