RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.11.07 06:09

Abşeronda iki azyaşlını vuran avtobus sürücüsünün məhkəməsi başlayır

22

Abşeron rayonu Mehdiabad qəsəbəsində iki azyaşlını vuraraq xəsarət almalarına səbəb olan avtobus sürücüsü Elmir Şiriyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Hakim Sevinc Quliyevanın icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Elnur Şiriyevin 108A nömrəli marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı, 10-TG-550 dövlət qeydiyyatı nişanlı sərnişin avtobusu ilə yolu keçən piyadalar – 2012-ci il təvəllüdlü S.Quliyeva və N.Babayevi vurub.

Azyaşlılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində E.Şiriyevə Cinayət Məcəlləsinin 263-1.2. (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı