AccessBank gəncləri işə dəvət edir

AccessBank gənc və perspektivli şəxsləri Kredit Mütəxəssisi vakansiyası üzrə işə dəvət edir.

AccessBank-da çalışmağın üstünlükləri:
Sınaq müddəti ərzində əmək haqqı ilə təmin olunma;
Stabil əmək haqqı və ədalətli mükafatlandırma sistemi;
Mütəmadi seminar va treninqlər vasitəsilə ixtisası artırmaq imkanı;
Gənc, fəal va təcrübəli mütəxəssislərlə əməkdaşlıq etmək imkanı;
Ölkənin aparıcı banklarından birində kariyera yüksəlişi imkanı.
Namizədlər qarşısında qoyulan tələblər:
Ali təhsil;
Düzgünlük, operativlik və işdə dəqiqlik;
Ünsiyyət qurmaq bacarığı və komanda ilə işləmək bacarığı.

Maraqlananlar, tərcümeyi-hallarını (CV) bankın istənilən filialında doldura, [email protected] elektron ünvanına göndərə bilər və ya sadəcə SMS ilə öz adlarını 8151 nömrəsinə göndərə bilərlər