Açıq dərs: “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu kimi”

Şəmkir Heydər Əliyev Mərkəzində Şəmkir rayon Təhsil Şöbəsi və Şəmkir Gənc Müəllimlər Birliyinin birgə əməkdaşlığı ilə icra edilən “Açıq dərs” layihəsinin növbəti məşğələsi keçirilib.
Ələmdar Ələkbərov adına Abbaslı kənd tam orta məktəbinin tarix müəllimi Zenfira Əsgərovanın rəhbərliyi altında reallaşdırılan açıq  dərs “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu kimi” mözusuna həsr  olunub.Ə.Ələkbərov adına Abbaslı kənd 1 və Abbaslı kənd 2 saylı tam orta məktəblərinin şagirdlərinin   iştirak etdikləri  açıq  dərsdə  Z.Əsgərova  ümumilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın çiçəklənməsi uğrunda gördüyü işlər barəsində ətraflı məlumat verib.
Daha sonra şagirdlərin mövzu ətrafında sualları cavablandırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here