“Açıq Qapı” günü

Azərbaycan Fotoqraflar Birliyinin Oktyabr ayı üçün təşkil etdiyi “Açıq Qapı” günü toplantısı 02 Noyabr 2014-cü il tarixində saat 12:00-da təşkil olunacaq. Dialoq.info xəbər verir ki, toplantıda Oktyabr ayı üçün nəzərdə tutulmuş “Ailə” adlı fotomüsabiqəyə yekun vurulacaq. Bu fotomüsabiqə Xətai Sənət Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyininin birgə layihəsidir. Qeyd edək ki, müsabiqənin kordinatoru Əzim Mehdiyevdir. Müsabiqədə yer tutan qaliblər və iştirakçılar sertifikatlarla təltif olunacaqlar. Daşkənd festivalının qalibləri Zenfira Mahmudova, Arzu Mürvətova və İlqar Cəfərovun fotoları nümayiş olunacaq. Həmçinin “Photo-school.eu” onlayn məktəb və “İlin Fotoqrafı-2014” mükafatlandırma tədbiri haqqında da məlumat veriləcək.Əlaqə telefonu: 055 – 212 – 47 – 19

Vaxt: 02 noyabr 2014 saat 12:00

Ünvan:Bəşir Səfəroğlu 122 . “Xəzər unversitetini binası”(SAT plaza ilə üzbəüz)