ADA Universitetində magistratura proqramları haqqında məlumat sessiyası keçiriləcək

ADA Universiteti magistratura proqramları haqqında məlumat sessiyasını 20 noyabr, saat 16:00-da keçirəcəkdir. Məlumat sessiyasında ADA Universiteti, magistratura proqramları, məzunlar üçün karyera imkanları, təqaüdlər və qəbul şərtləri haqqında daha ətraflı məlumat veriləcəkdir.Dialoq.info xəbər verir ki,  məlumat sessiyası azərbaycan dilində, ADA Universitetində keçiriləcəkdir. İştirak etmək üçün [email protected] elektron poçtu və ya 437 08 30 telefon nömrəsi vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.