RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.09.11 15:47

Adam oğurlayanlara qarşı keçirilən əməliyyatın görüntüləri

44

Daxili İşlər Nazirliyi (DİN) Bakıda adam oğurluğunda şübhəli bilinən dəstəyə qarşı keçirilən əməliyyatın görüntülərini yayıb.

Kadrlar DİN-in sosial şəbəkə hesablarında paylaşılıb.

Qeyd edək ki, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.

Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.

Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, F.Eminoğlu, Ş.Hüseynov, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı