ADAU TGT nəznində yeni ingilis dili kursları fəaliyyətə başlayır

ADAUTGT nəznində yeni ingilis dili kursları fəaliyyətə başlayır. Dialoq.info xəbər verir ki, kurslar tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, xarici dil biliklərinizin artırılması üçün nəzərdə tutulmuşdur. Universitetin təcrübəli müəllimləri tərəfindən keçirilən kurslar tamamilə PULSUZDUR! Azərbaycan Dövlət Aqrar Universitetinin hər bir tələbəsinin iştirak edə biləcəyi kurslarımızın ilkin mərhələsi 1 noyabr – 28 dekabr tarixlərində baş tutacaq. Kursu bitirən və yekun imtahandan uğurla keçən hər bir tələbəyə #ADAU-nun sertifikatı veriləcək. Kurslarda iştirak etmək istəyənlər aşağıdakı keçiddən istifadə edərək qeydiyyatdan keçə bilərlər. http://bit.ly/1rJKWkb