ADDIM Business College

ADDIM Gənclər Təşkilatı “ADDIM Business College” adlı yeni layihəyə start verib. ADDIM Gənclər Təşkilatının “PRomotions Azerbaijan”ın dəstəyi ilə baş tutan “ADDIM Business College”də təhsil ödənişsizdir. Layihənin məqsədi bizneslə maraqlanan gəncləri bir araya toplayaraq onların biznes və maliyyə ilə bağlı fikirlərini formalaşdırmaq, sahibkarlıq təşəbbüskarlıqlarının inkişaf etdirilməsi, onların stimullaşdırılması və buziness sektorunda çalışa biləcək potensial menecerlərin hazırlanmasıdır. Təlimlər beynəlxalq sertifikatlı biznes təlimçi Nini Karseladzedir.
Təşkilatın mətbuat departamentindən verilən məlumata əsasən tələbələr və biznes təlimlərdə maraqlı olan gənclər onlayn şəkildə ərizə formaları doldurub müraciət edəcəklər. Toplanan ərizələr ilk olaraq ümumi seçim mərhələsindən keçən gənclər müsahibəyə dəvət olunacaq, təlimçi Nini Karseladze, ADDIM təşkilatının nümayəndələri gəncləri ikinci mərhələdə müsahibədən keçirəcək. Təlimlər “Af Business house”da yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının təlim zalında təşkil olunacaq. Dərslər həftənin bazar günləri təşkil olunacaq və ingilis dilində idarə olunacaq.
Qeyd edək ki, may ayının 25-də tələbələr, təlimçi, ADDIM heyəti, layihəyə cəlb olunan şirkətlərin iştirakı ilə möhtəşəm Məzun Gününün təşkil olunması nəzərdə tutulur. Məhz həmin günü üçün dizayn edilmiş geyimlərdə olan tələbələr diplom və sertifikatlarla təltif olunacaq. Məzun Gününə KİV nümayəndələri dəvət olunacaq. Məzun Günündə tanınmış simalar, müğənnilər də iştirak edəcək.
Layihəyə 25 gəncin cəlb olunması nəzərdə tutulub. Təlimlərə müraciət üçün son tarix 15 martdır. İştirak etmək istəyən gənclər ərizə formasını əldə etmək üçün [email protected] və ya ADDIM-ın rəsmi “Facebook” səhifəsinə müraciət edə bilərlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here