ADİU Beynəlxalq Əlaqələr Şöbəsinin Nəzdində Conversation Club təşkil olunur

ADİU Beynəlxalq Əlaqələr Şöbəsinin Nəzdində fəaliyyət göstərən Amerikan Mərkəzində Conversation Club təşkil olunacaqdır.Dialoq.info xəbər verir ki, yeni dərslərə oktyabrın ayının 28 -də start veriləcəkdir. Conversation Club Amerikadan gəlmiş müəllimə Hayley Pangle tərəfindən aparılacaqdır. Əgər siz də İngilis dili biliklərinizi inkişaf etdirmək istəyirsinizsə bizə qoşulun! Conversation Club-da iştirak etmək istəyənlər: öz CV-lərini inboxa və yaxud da Beynəlxalq əlaqlər şöbəsinə ( ADİU -Əsas Korpus, 115 -ci otaq) təqdim etməlidirlər. Qeydiyyat 24 oktyabr 2014-cü il tarixində bitir. Qeydiyyat bitdikdən 2 gün sonra qeydiyyatdan keçən tələbələr Müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibənin Tarixi haqda məlumat qeydiyyatdan keçən ADİU tələbələrinə E-mail vasitəsilə göndəriləcək. QEYD : Conversation Club ADİU-nun bütün fakültələrində təhsil alan 1,2,3,4-cü kusr tələbələri üçün nəzərdə tutulmuşdur! Əlavə məlumat üçün: 492 60 45