ADPU Debat Klubu payız sessiyasına start verir

Hörmətli ADPU debatçıları və debat həvəskarı olan tələbələr.

ADPU TGT nəzdində fəaliyyət göstərən ADPU DK artıq payız sessiyasına start verir.
Debat ailəsi yeni mövsümdə sizə yeniliklərlə təəccübləndirəcək!
Debat nədir?

•Debat natiqlik məktəbinə aparan yoldur
•Debat mövqeyini sübut etmə bacarığıdı
Debatla siz nə əldə edəcəksiniz?
• Asudə vaxtınızı dəyərləndirməyi
• Komplekslərdən azad olmağı
• Kütlə qarşısında sərbəst və səlis çıxış etməyi
• Özünüzü komanda işində sınamağı
• Araşdırmaq qabiliyyətinizi inkişaf etdirməyi
• Çevrənizi genişlətmək və yeni dostlar əldə etməyi
• Fərdi bacarıqlarınızı üzə çıxartmağı
• Dünya görüşünüzü genişləndirməyi
• Fikirlərinizi aydın ifadə etməyi bacarmağı
• Fərqli tələbə həyatı yaşamağı


Dialoq.info-nun məlumatına görə, sizdə bu bacarıqlara yiyələnmək və universitetinizin adını Bakı Debat Forumunda layiqincə təmsil etmək istəyirsinizsə,təlimlərə qoşula bilərsiniz.

Təlimlər tamamilə ÖDƏNİŞSİZDİR!
• Təlimləri uğurla başa vuran hər bir tələbə SERTİFİKATLA təltif olunacaq.

Online qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olub anketi doldurun,
https://docs.google.com/forms/d/1jsZ1JUtbhtaY_svKgCEn2tNZ1FN5nqdYEPECJkfGbWU/viewform?c=0&w=1&usp=mail_form_link

Və ya əsas binadakı TGT otağına yaxınlaşıb, anketləri dolduraraq da, bizə qoşula bilərsiniz.

Diqqət! Yalnız qeydiyyatdan keçmiş tələbələr təlimlərə dəvət olunacaq!

Son qeydiyyat tarixi: 15 oktyabr 2014

Unutmayın ,Debat bir ailədir və qoşularaq sizdə bu ailənin bir üzvü ola bilərsiniz!