ADPU TGT “Bayraq günü” nə həsr olunmuş tədbir keçirib

ADPU Biologiya Fakültəsi Tələbə Gənclər Təşkilatı “Bayraq günü” nə həsr olunmuş tədbir keçirib. Dialoq.info-ya verilən məlumata görə tədbir 2014-cü il 7 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında baş tutub. Tədbirə dövlət himinin səslənməsi ilə bərabər tələbələrin hazırladıqları hərbi paradla start verilib. Sonra aparıcılar – Fəridə Həsənli və Rəşad Zeynallı bayrağımız haqqında məlumat verərək tədbirin rəsmi hissəsini  açıq elan ediblər. Bəddi hissədə tələbələrin ifasında şeir parçaları səsləndirilib və rəqslər təqdim olunub. Ulu öndər Heydər Əliyevin söylədiyi şeir dinlənildikdən sonra, Azərbaycanın tarixi bayraqları slayt vasitəsilə nümayiş etdirilib. Tədbirin proqramına əsasən yenidən piano ifasında musiqilər səslənib, “Qarabağım mənim” səhnəciyi nümayiş etdirilib. Tədbirin sonunda Ulu öndər Heydər Əliyevin tarixi sözləri və cəngi sədası səsləndirilib.      Tədbirdə universitetin Elmi işlər üzrə prorektoru Vilayət Əliyev, Biologiya fakültəsinin dekanı Yusif Əhmədov,Botanika və Zoologiya kafedralarının müəllimləri eyni zamanda digər fakultələrin müəllim və professor heyəti iştirak edib.
10252109_736541906401636_5366382731152435626_n 10553404_736541939734966_2117730243279170323_n