ADU-da Beynəlxalq Ailə Günü ilə əlaqədar maarifləndirici görüş olub

Beynəlxalq Ailə Günü ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbir keçirilib.

Universitetin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayeva açıb, tibbi maarifləndirmə işinin aparılmasının əhalinin, xüsusilə də gənc nəslin sağlamlığının qorunmasında böyük rol oynadığını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin müdir müavini Aynur Veysəlova ailələri narahat edən problemlər və onların həlli istiqamətində ölkəmizdə görülən işlərdən söz açıb.

Sonra İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşovanın təqdimatı dinlənilib. Təqdimatda tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması barədə ətraflı məlumat verilib. Mütəxəssis gənc nəslə daha məsuliyyətli olmağı, səhhəti ilə bağlı məsələlərə biganə yanaşmamağı tövsiyə edib: “Gənclərin reproduktiv sağlamlıqlarına vaxtında məsuliyyətlə yanaşması gələcəkdə sağlam övladların dünyaya gəlməsi, ana və uşaq ölümlərinin azalması deməkdir.

Tədbirdə Beynəlxalq Ailə Günü ilə əlaqədar hamilə xanımlara ginekoloji müayinə və konsultasiya üçün xüsusi kartlar təqdim edilib.

Yekunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı İSİM tərəfindən hazırlanmış informasiya materialları paylanılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here