AFFA-nın baş katibi 19 yaşadək futbolçulardan ibarət millimizin üzvləri ilə görüşüb

Noyabrın 10-da AFFA-nın baş katibi Elxan Məmmədov “Dalğa Arena”nın ərazisində yerləşən milli komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, millimizin baş məşqçisi Qurban Qurbanov və U-21 yığmasının çalışdırıcısı Rəşad Sadıqov görüşdə iştirak ediblər.

Baş katib çıxış edərək Avropa çempionatının seçmə mərhələsində U-19-a uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.

Komandanın baş məşqçisi Vüqar Məmməd göstərilən diqqətə görə, minnətdarlığını bildirib, seçmə mərhələdə uğur qazanmağa çalışacaqlarını deyib.

On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız 1-ci qrupda mübarizə aparacaq. Futbolçularımız noyabrın 14-də İsrail, 3 gün sonra Gürcüstan, noyabrın 20-də isə Lixtenşteyn yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here