RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

AGBank-ın Sumqayıt şöbəsində Vakansiya

510

AGBank Sumqayıt şəhərində yerləşən şöbəsi üçün pərakəndə kreditləri üzrə mütəxəssis axtarır

Tələblər:

• Təhsil: Ali təhsil, İqtissadiyyat
• İş təcrübəsi: Kredit Sahəsində 1 il
• Biliklər(dil, kompyuter proqramları və s.):Kompyuter bilikləri: Microsoft Word/Excel/Outlook
• Tələb olunan bilik və bacarıqlar: Riyaziyyat,çeviklik,dütüstlük

Vəzifə öhdəlikləri:

İstehlak kreditləri üçün müraciət etmiş ərizəçilərin müraciətlərinə baxılması
Rəsmiləşmədən irəli gələn sənədlərin tərtibi
Kredit ödənişlərinin qəbulu
Kredit ödənişi yığımlarına nəzarət
Gün ərzində verilmiş kredit dosyelərinin qovluqlarda yığılması
Problemli kredit statusu almış dosyelərin PAİED-nə təhvil verilməsi üçün hazırlanması
Filialın strategiya, hədəf və prioritetlərinə uyğun olaraq keyfiyyətli kredit portfelini formalaşdırmaq
İntizamlı və yüksək səviyyədə müştəri xidmətlərini həyata keçirmək
Bank sirri və kommersiya sirrini qorumaq, təşkil edilmiş təlim və bilik artırma kurslarında və attestasiya imtahanlarında iştirak etmək
Tabeçiliyində olduğu rəhbərin əmr və göstərişlərini yerinə yetirmək

İş şəraiti:

• İş yeri  – Sumqayıt filialı
• Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Mehriban kollektiv və karyera inkişafı imkanları

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) [email protected]  və [email protected] emailinə göndərməyiniz xahiş olunur.  Əlaqəli şəxs – Şəfiqə Məmmədzadə.

Mövzuda – “CV Sumqayıt filialı-Kredit mütəxəssisi” adını qeyd etməyiniz xahış olunur

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı