RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.11.06 17:21

Ağsuda yük maşını aşıb, xəsarət alan var

27

Ağsu rayonunda yük avtomobilinin təkərinin partlaması yol qəzasına səbəb olub. 

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki., hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ərəbmehdibəy kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Hacıqabul rayon sakini, 1971-ci il təvəllüdlü Pirizadə Vasif Piriverdi oğlu idarə etdiyi “SHACMAN” markalı yük avtomobili ilə hərəkətdə olarkən qəfildən maşının təkəri partlayaraq yerindən çıxıb. Nəticədə yük maşını idarəetmədən çıxaraq aşıb. 

Hadisə zamanı sürücü V.Pirizadə müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdır malara başlanılıb. 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı