Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri Strasburqa gedir

Azərbaycan deputatları Strasburqda səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatlar Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər – Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Xatırladaq ki, Komitənin Azərbaycan tərəfdən həmsədri Cavanşir Feyziyev bu ölkədə səfərdədir.

Millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq.

Səfər fevralın 9-da başa çatacaq.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here