Aida Mahmudova rənglər içində

Rəssam, “YARAT” ictimai birliyinin təsisçisi Aida Mahmudovanın “ELYSIUM” adlı fərdi sərgisi keçiriləcək.

Dialoq.info-nun məlumatına görə, rəssam sərgilənəcək əsərlərdə xəyali nəbatat bağı mövzusunu tətbiq edir. A.Mahmudovanın fırçasından ərsəyə gələn rənglər hissiyyatları və emosiyaları əsrarəngiz, ekzotik bitkilər aləminə aparır.

Qeyd edək ki, sərgi noyabrın 14-də Bakı Müasir İncəsənət Muzeyində baş tutacaq və dekabrın 13-nə kimi davam edəcək.