RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL 2019.09.10 19:07

Aİİ-də “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda seminar keçirilib

46

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda seminar keçirilib.

İnstitutdan Dialoq.info-ya verilən məlumata görə, ali tədris müəssisəsində maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların, diskussiyaların və görüşlərn təşkil edildiyini bildirən İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov bugünkü seminarın Kərbəla hadisəsinə həsr olunduğunu söyləyərək, faciənin mahiyyəti haqqında fikirlərini bildirib. Ə.Niyazov qeyd edib ki, İslam Peyğəmbərinin sevimli nəvəsi İmam Hüseyn və onun yaxınlarının faciəvi şəkildə şəhid edilmələri müsəlmanların hər zaman ürəkağrısı ilə xatırlayacağı hadisədir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “Kərbəla hadisəsinin mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, Kərbəla hadisəsinin tarixi haqqında geniş məlumat verib. Bütün müsəlmanların bu faciəni tarix boyu dərin kədərlə qarşıladıqlarını bildirib. V.Səmədov qeyd edib ki, Kərbəla hadisəsi özlüyündə düşmənə qarşı mübarizəni və vətən sevgisini təlqin edir. Bu gün ölkəmizin ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqların düşməndən azad olması üçün hər birimiz səfərbər olmalı, ölkə başçısının həyata keçirdiyi siyasətə öz töhfəmizi verməliyik.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı