RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Ailə daxilində bədən dili” adlı layihə keçiriləcək

703

24-27 oktyabr  tarixləri arasında Şəki şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Ailə daxilində bədən dili” adlı layihə keçiriləcək.

Layihənin keçirilməsində əsas məqsəd ailə quracaq gənclərə, gənc ailələrə bədən dili haqqında məlumat vermək, onları bu sahədə maarifləndirməkdir. Layihə iştirakçılarına ailə daxilində bədən dilindən doğru istifadə, ailə fərdlərinin bir – birinin bədən dilini doğru anlamaq və bu kimi mövzular haqqında təlimlər keçiriləcək.  Təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Layihədə 18-35 yaş arası gənclər iştirak edə bilər.  İştirak etmək istəyənlər Ərizə forması doldurduqdan sonra [email protected] ünvanına göndərməlidirlər. Ərizələrin qəbulu 11 oktyabr saat 22.00-  da başa çatacaq.

Erizeni buradan yukleyin: http://www.boxca.com/7u6ug1wf1z9v/Ail___daxilind___b__d__n_dili.docx.html

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı