Akademik Fikrət Əliyev Genetik Ehtiyatlar İnstitutunda məruzə ilə çıxış edib

Bakı Dövlət Universitetinin Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” məruzə ilə çıxış edib.

O, Azərbaycanda elmi jurnalların “Clarivate Analytics” bazasının genişlənmiş siyahısına daxil edilməsi yollarından danışıb. Qeyd edib ki, ölkəmizdə riyaziyyat, kimya sahəsi ilə yanaşı, humanitar, sosial və siyasi elmlərdən cəmi bir jurnal bu bazaya daxil edilib.

Çıxışının sonunda F.Əliyev ona ünvanlanan sualları cavablandırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here