Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Moskvada Fəxri medalla təltif olunub

Moskvada “Qlaukoma: nəzəriyyələr, tendensiyalar, texnologiyalar” mövzusunda keçirilən XI Beynəlxalq Oftalmoloji Konqresdə Azərbaycanı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov təmsil edib.

Mərkəzdən bildiriblər ki, konqres iştirakçıları qlaukomanın yeni müalicə üsulları və müasir əməliyyat növləri barəsində fikir mübadiləsi aparıblar.

Tədbirdə otuz ölkəni təmsil edən 1200 oftalmoloq iştirak edib. Forumdakı çıxışında professor Elmar Qasımov ölkəmizdə bu xəstəliklə bağlı tətbiq olunan yeni texnologiyalar və müalicə üsullar barəsində məlumat verib.

Azərbaycanda qlaukomanın erkən diaqnostikasının həyata keçirildiyini deyən professor ölkəmizdə bu problemin aradan qaldırılması ilə bağlı bir çox yeniliklərin rellaşdırılıldığını qeyd edib.

Konqresdə Elmar Qasımov “Azərbaycanda qlaukomanın erkən diaqnostikasının və müalicəsinin təşkili” proqramına görə akademik Arkadiy Nesterov adına Fəxri medalla təltif olunub.

Qeyd edək ki, iki gün davam edən konqresdə səkkiz bölmə üzrə 170 məruzə dinlənilib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here