Akar generallarla atışma bölgəsinə getdi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və Quru Qüvvələri komandanı, ordu generalı Ümid Dündar İraqla sərhədə gedib.

Axar.az xəbər verir ki, generallar sərhəd bölgəsində yoxlamalar aparır.

Akar ötən gün İraqla sərhəddə yaşanan qarşıdurma ilə bağlı brifinq keçirib.

Qeyd edək ki, Türkiyə-İraq sərhədində davam edən antiterror əməliyyatı çərçivəsində ötən gecə terrorçularla baş verən şiddətli atışmada türk ordusunun 4 əsgəri şəhid olub, 6 əsgər yaralanıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here