Akif Aşırlı: Namizədlər arasında sağlam rəqabət mühiti var

Azərbaycanda Prezident seçkilərinə hazırlıq prosesi normal, açıq və demokratik prinsiplərə uyğun şəkildə davam edir. Bunu “Şərq” qəzetinin baş redaktoru Akiş Aşırlı deyib.

Baş redaktor bildirib ki, bütün namizədlər kütləvi informasiya vasitələri, o cümlədən, televiziya kanalları, eləcə də sosial şəbəkələr vasitəsilə öz seçki platformalarını cəmiyyətə çatdırmaq imkanına malikdirlər: “Yaradılan şərait nəticəsində cəmiyyətimiz namizədlər arasında keçirilən debatları izləyərək onların ideya və fikirləri ilə daha yaxından tanış ola bilirlər. Bundan əlavə, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müxtəlif qəzet və saytlarda namizədlərin verdiyi müsahibə, açıqlamalar sağlam rəqabət mühiti formalaşdırıb”.

Hər kəsin sərbəst şəkildə öz fikir və düşüncələrini ifadə etməsi üçün müvafiq şəraitin yaradıldığını deyən A.Aşırlı  qeyd edib ki, cəmiyyətdə bütün bunlara adekvat reaksiya var: “Əhali arasında namizədlərin ortaya qoyduqları fərqli mövqelər müzakirəyə çıxarılır ki, bu da seçicilərə müəyyən qənaətə gəlməyə imkan yaradır”.

sechki-2018.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here