RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.09.30 17:55

Akif Nağı həmsədrlərin bəyanatını sərt tənqid edib

104

Sentyabrın 29-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələri keçrilib. Müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparılıb. Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında keçrilən görüş zamanı heç bir nəticə əldə edilməyib.

Görüşlə bağlı Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Dialoq.info-ya açıqlama verib. O, bildirib ki, bu danşıqlarda əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olmalıdır: “Bu danışıqların 1993-1994-cü ildən aparılmağına baxmayaraq hec bir nəticə əldə edilməyib. Nə vaxta qədərki Dağlıq Qarabağ işğal altındadı danışıqların nəticəsi olmayacaq. Xüsusilə son dövrdə Ermənistan rəhbərliyi aciq şəkildə deyib ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir. Danşıqlar onu göstərir ki, Ermənistan geri çəkilmədi. Ermənistan mətbuatının yazdığı məlumatlar da göstərir ki, cəbhə bölgəsində etimadın artırılması, zorakılıq hallarının aradan qaldırılması və s. kimi məsələlərin müzakirəsi olub. Əslində bu məsələlər bizim maraq dairəmizdə deyil, mahiyyətdən cox uzaq müzakirələrdir. Bilirsiniz ki, həmsədrlər müzakirədən 1 gün sonra birgə bəyanatla çıxış ediblər və bəzi məsələləri qabardıblar. Həmsədirlər əsasən yay ərzində sərhəd zonasında zorakılıq hallarının minimallaşmasını təqdir edirlər”.

Akif Nağı həmçinin qeyd edib ki, Azərbaycan əsgərinin neytiral ərazidə vurulması halı baş verib: “Dünya praktikasında neytral zonada hər hansı bir şəxsin, fərq etməz hərbiçi və ya mülki vətandaşa atəş açaraq qətlə yetirmə hadisəsi böyük cinayətdir. Həmsədrlər bunu qeyd edərək Ermənistanın məsuliyətini dilə gətirmək əvəzinə digər hallara diqqət çəkiblər. Bu hadisəni Ermənistan mətbuatı bədbəxt hadisə kimi, Azərbaycan mətbuatı isə qaçınılmaz nəticə kimi qeyd edibdir. Hər iki ifadə qəbuledilməzdir və mən bu ifadələrin işlədilməsinə təəssüf edirəm”. Sonda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qeyd edib ki, bu danşıqların aparılmasının Azərbaycan tərəfi üçün heç bir mənası yoxdur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı