Aktiv Tibb Tələbəsi Proqramı (ödənişsiz)

Aktiv Tibb Tələbəsi Proqramı (ATTP) – tibb tələbələrinin ictimai aktivliyini artırmaq, tələbələrdə layihələrin yazılması və idarə olunması vərdişlərini formalaşdırmaq və tələbələrin universitetin ictimai həyatında fəal iştirakını stimullaşdırmaq məqsədi daşıyır.

ATTP Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-un maliyyə dəstəyi, ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə icra olunur. Layihə çərçivəsində tibb tələbələrinə “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlimlər keçiriləcəkdir.

Qeyd: Təlimlər 17-18 noyabr tarixlərində, yalnız Azərbaycan Tibb Universitetinin tələbələri üçün keçiriləcəkdir.

Qeyd: Təlimlərdə yalnız qeydiyyatdan ilk keçmiş 40 tələbə iştirak edə biləcəkdir.

Qeyd: Aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:

http://goo.gl/forms/uDNOfGqTp1

Əlavə məlumat üçün :
layihə rəhbəri Nicat Mehraliyev
050 562 87 46
055 603 43 06