Aleksandr Novak: OPEC+ ölkələri hasilat kvotasının yumşaldılmasına dair razılıq əldə edəcək

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələri (OPEC+) neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə istehsal kvotasının yumşaldılması məsələsində kompromisə gələcəklər.

Bu barədə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, şaziş iştirakçıları neft bazarının süni şəkildə qızışdırılmasında maraqlı deyil. Müttəfiqlərimiz daha çox neftin ədalətli qiyməti üçün çalışır.

O, ölkəsinin OPEC+ sazişi üzrə öhdəliyə bu ilin may və iyun aylarında 100 faiz əməl edəcəyini də bildirib.

“Hazırkı qiymətlər nəzərə alındığında bu il neftin bir barrelinin qiymətinin 60 dollardan yuxarı olacağını düşünürəm”, – deyə rusiyalı nazir əlavə edib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here