Alən Uper: Azərbaycan Qərb üçün ən yaxşı dünyəvilik nümunəsidir

Azərbaycan kiçik ölkə olsa da, bir çox dövlətlərə yaxşı nümunədir, xüsusilə də dünyəvilik nümunəsidir. Bu ölkədə hər kəsin dini etiqad azadlığına hörmətlə yanaşılır. Nə dövlət dinə müdaxilə edir, nə də din dövlətin işinə qarışır. Bu məsələ çox vacibdir. Qərbdə, xüsusilə də Fransada dünyəviliyin bu prinsipi getdikcə daha çox laxlayır. Məsələn, Fransada bəzi icmalar öz qayda-qanunlarını dövlət qanunundan üstün tutmağa çalışırlar. Azərbaycandakı dünyəvilik prinsipindən bəhrələnmək lazımdır.

Bu fikri Fransa Beynəlxalq Diplomatiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş konfransda iştirak edən fransız senator Alən Uper AZƏRTAC-a müsahibəsində söyləyib.

Senator bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ən önəmli dəyərlərindən biri də qadınlara səsvermə hüququnun verilməsidir. Fransada general de Qoll Azərbaycandan ilhamlanaraq qadınlara bu hüququ verib. Azərbaycandan götürüləcək digər nümunə gender bərabərliyi ilə bağlı qəbul edilmiş qanundur. Fransanın müvafiq qanununda yalnız məvaciblə bağlı bərabərlik qeyd edildiyi halda, Azərbaycanda bu qanun bütün sahələrdə bərabərliyi nəzərdə tutur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here