RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Ali məktəblərimizin reytinq SİYAHISI

1.4K

Ali məktəblərimizin reytinq SİYAHISI

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil müəssisələrinin rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Abituriyent” jurnalının 2014-cü ildəki 12-ci sayında dərc olunmuş “2014/2015-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili”ni geniş şərh edib.
TQDK-nın qəbul imtahanlarının nəticələri əsasında hazırladığı təhlil əsasında abituriyentlərin orta ballarına görə ən yüksək nəticələrə malik ali məktəblərin sıyahısı müəyyənləşdirilib.

Siyahıdan göründüyü kimi, Bakı Ali Neft Məktəbi 2014/2015-ci tədris ili üçün tələbə qəbulunun əsas göstəricilərinə görə liderlik mövqeyini saxlayıb. Belə ki, 1-ci qrup üzrə test imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərin 24.69% Bakı Ali Neft Məktəbinə daxil olub.

Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına qəbulda minimal bal 648, orta bal 657.327, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə müvafiq olaraq 660 və 671.880, “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” ixtisası üzrə isə 673 və 684.550 olub.

Ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” (660) və “Proseslərin avtomatlaşdırlması mühəndisliyi” (673) ixtisaslarına qəbulda olub.

Bakı Ali Neft Məktəbi üzrə Dövlət sifarişi əsasında qəbul planı 100% yerinə yetirilib. Abituriyent ərizələrində ixtisasların birinci yerdə rastgəlmə tezliyinə görə də Bakı Ali Neft Məktəbi üzrə göstərici də (81.39) yüksək olub.

Sadalananlar Bakı Ali Neft Məktəbinin abituriyentlər üçün ən cəlbedici və nüfuzlu ali təhsil müəssisəsi olduğunu göstərir. Bu isə, Bakı Ali Neft Məktəbində mütəxəssis hazırlığının ən müasir proqramlar və mütərəqqi texnologiyalar əsasında həyata keçirilməsi, biliklərin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, tədris prosesinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisələrindəki və Bakıda fəaliyyət göstərən transmilli şirkətlərdəki istehsalat sahələri ilə sıx əlaqədə aparılması ilə bağlıdır.

11001763_719253081524725_972768317049842960_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı