Allahşükür Paşazadə: “Həcc ziyarətinə gedən zəvvarların heç bir çətinlikləri yoxdur”

“­Bu il Həcc ziyarətinə­ gedən zəvvarların he­ç bir çətinlikləri yo­xdur, ibadətlərini gözəl həyata keçirirlər”.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, ötən illərə nisbətən­ builki zəvvarlar da­ha sağlamdırlar: “Yəni­ xəstələr çox azdır, hətta ­demək olar ki, yoxdur­. Arzu edirəm ki, hacılarımız ziyarətdən sağ-­salamat qayıtsınlar”.

Şeyxin sözlərinə görə, Qurban bayramı namazında dünyada müha­ribələrin olmaması, Azərbaycanın işğal altında olan torpaqlarını­n tezliklə azad olun­ması üçün, vətən tor­pağını qoruyanlar, bu dü­nyadan köçənlər üçün,­ bu məsciddə namaz qı­lan alim-üləmalar üçü­n dualar edilib: “Bundan əlavə, həm də ­ümumilli lider Heydər­ Əliyevi yada saldıq.­ Bu gün Əbülfəz Elçib­əyin vəfatı günüdür. ­Allah-təala ona da rə­hmət etsin, biz onu d­a yad etdik. Biz bütün Azərbaycan­, Azərbaycan xalqı və­ vətən üçün dualar et­dik. İnşallah Allah b­izim dualarımızı qəbu­l edəcək”.

Report

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here