Almaniyada “Azərbaycanda kənd təsərrüfatının inkişafı – təbii resurslardan davamlı istifadə” mövzusunda tədbir keçirilib

Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyi Almaniyanın Qrayfsvald Universiteti ilə birlikdə “Azərbaycanda kənd təsərrüfatının inkişafı – təbii resurslardan davamlı istifadə” mövzusunda birgə elmi tədbir keçirib. Tədbirdə Qrayfsvald Universitetinin nümayəndəsi Professor Michael Rühs və Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin idarə heyətinin üzvü Naibə Allahverdiyeva çıxış ediblər.

Qrayfsvald Universitetinin binasında təşkil olunan tədbirdə Azərbaycanda kənd təsərrüfatı və təbii resurslardan istifadə mövzusunda həm Almaniyada fəaliyyət göstərən azərbaycanlı alimlər, həm də Azərbaycanda elmi layihələr həyata keçirən alman alimlər çıxış edib. Çıxışlar ətrafında müzakirələr keçirilib. Tədbiri yekun sözü və təşkilatın təqdimatı ilə Azərbaycanlı Tələbə və Elmi İşçilər Birliyinin sədri Qurban Ələkbərov bitirib. Təşkilatın növbəti ictimai miqyaslı böyük tədbiri 2018-ci ilin mayında Almaniyanın Potsdam şəhərində baş tutacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here