ALMANİYADA TƏHSİL ÜÇÜN KAS-TƏQAÜDLƏRİ

SON ƏRİZƏ VERMƏ MÜDDƏTİ: 03.11.2014, SAAT 12:00

MALİYYƏLƏŞDİRİLƏN NƏDİR?
Konrad-Adenauer-Stiftung xaricilərin Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almasını təqaüd verməklə dəstəkləyir. Xarici tələbələr bu təqaüd vasitəsilə alman ali məktəbinini bitirmək və ya doktor elmi dərəcəsi almaq və ixtisasları üzrə bilklərini dərinləşdirmək imkanı qazanırıar. Dialoq.info xəbər verir ki, KAS-ın bu işdə tək istəyi və gözləntisi, təhsil almaq və təhsilini davam etdirmək istəyən gənc alimlərin yetişdirilməsinə qatqı vermək və bu təqaüdçülərin xüsusilə öz dövlətinin elm və sənaye, siyasət və idarəetmə, media və mədəniyyət sahəsində, eləcə də beynəlxalq təşkilatlarda məsuliyyəti öz üzərinə götürə biləcək gənclərin sayının çox olmasıdır.
KİM MÜRACİƏT EDƏ BİLƏR?
Əsasən, bütün akademik fənnlər üzrə təhsil alan və ən az dördillik təhsilini həmin ilin payızında tamamlamış olan tələbələr müraciət edə bilərlər. Tibb, diş və baytarlıq üzrə mütəxəssis olmaq istəyən və ya peşə kolleclərini bitirmək istəyən bu təqaüd üçün miraciət edə bilməz. Maraqlananlar, bundan başqa aşağıdakı ərizə tələblərinə cavab verməlidirlər:
Orta və ali məktəb nəaliyyətləri
Natamam ali təhsil
Alman dili səviyyəsi (B2 / Intermediate 2)
Siyasi və sosial fəailiyyət ( məsələn, partiya, QHT, kilsələr, idman birliklərində )
Yaş həddi: 30 yaş
ƏRİZƏ
Əgər biz sizdə maraq yarada bildiksə, o zaman bu əcnəbilərin təqaüd alması üçün bu məlumat kitabşasını diqqətinizə çatdırırıq. Burada ərizə və seçim prosesi haqqında, eləcə də təqaüd şərtlərinə dair bütün zəruri məlumatları əldə edə bilərsiniz. Kitabçanın C bəndində alman universitet dərəcəsi (1) və PhD təqaüdü (2) üçün tələb olunan sənədlər də verilmişdir. Lakin, ilkin seçim üçün Tiflis Regional Büromuza poçt vasitəsilə aşağıdakı ərizə sənədlərini göndərmək kifayətdir:
Anket forması
Xronoloji tərcümeyi-hal (Alman dilində)
Ali məktəb imtahan transkriptlərinin surətləri (diplom əlavəsi) və almancaya tərcüməsi
Doktorluq üçün sənəd verənlər əlavə olaraq dissertasiya işinin qısa təsviri ( Problem, xülasə və bu iş üçün nəzərdə tutulan müddət təxminən 2-3 səhifə )
Son ərizə vermə müddəti 03/11/2014 12 saat 12:00
Sadalanan sənədlər poçt vasitəsilə aşağıdakı ünvana göndərilməlidir:
Konrad-Adenauer-Stiftung
Regional Office Tbilisi
Elene Akhvledianis Agmarti 9A
0103 Tbilisi
Gürcüstan
Tiflis bürosu tərəfindən seçilmiş uyğun namizədlər dekabrın əvvəlində (yəqin ki, 10-12 dekabr) Ukraynanın Kiyev şəhərinə müsahibəyə dəvət olunacaqlar. Bu tarixə qədər əcnəbi ərizəçilərdən tələb olunan bütün sənədlər təqdim edilməlidir. Yol və qalma xərci Konrad-Adenauer-Stiftung tərəfindən qarşılanır. Müsahibədən təxminən iki həftə sonra, Konrad-Adenauer-Stiftungun təqaüd proqramının seçim komitəsi tərəfindən qəbul qərarı haqqında ərizəçilərə məlumat verəcək.
Məlumat kitabçası və anket formasını bu veb səhifəmizin yuxarı sağ hissəsində tapa bilərsiniz.

Hər hansı bir sualınız olarsa, bizə bu elektron ünvana [email protected] e-mail göndərin.
http://www.kas.de/suedkaukasus/az/pages/13843/