“Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı

Bu il dekabrın ikinci yarısında Fransanın “Alstom” şirkəti ilə müqavilə üzrə nəzərdə tutulmuş ilk yük lokomotivi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün Azərbaycana gətiriləcək.

Bu barədə Trend-ə “Alstom”dan bildiriblər.

Məlumatda qeyd olunur ki, Qazaxıstanda sınaq mərhələsindən sonra “AZ8A Prima T8” lokomitivi Azərbaycana gətiriləcək.

Şirkətdən bildiriblər ki, “Alstom” “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə 2019-cu ilin yanvarında Azərbaycanda sınaqlara başlamağı planlaşdırır:

“2019-cu ilin fevralında ilk “AZ8A” lokomotivi test rejimində Gəncə və Böyük Kəsik stansiyaları arasında buraxılacaq”.

Qeyd edək ki, 2014-cü ildə imzalanmış müqaviləyə əsasən Azərbaycana 50 yük, 10 sərnişin lokomotivi tədarük olunacaq.

Daha əvvəl “Alstom” “Prima T8 AZ8A” ilk yük elektrovozunu ADY-yə təqdim etmişdi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here