AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində 2017-ci ilin yekunlarına və 2018-ci ilin təşkilati göstərişlərinə həsr olunan seminar-məşğələ keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin və MM qüvvələrinin komandir-rəis heyəti iştirak edib.

Seminarda şöbənin rəisi Eldar Quliyev çıxış edərək Nazirlər Kabinetinin 193 saylı qərarını, “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununu, AMEA-nın və Fövqəladə Hallar Nazirliyinin “Mülki müdafiə haqqında” Tədbirlər Planını rəhbər tutaraq cari ildə bir sıra tədbirlərin keçirildiyini bildirib.

E.Quliyev 2017-ci ilin aprel-sentyabr aylarında şöbə tərəfindən seminar-məşğələlərin təşkil olunduğunu və AMEA-nın görkəmli alimlərin bu tədbirlərdə məruzələrlə çıxış etdiklərini xatırladıb. Qeyd edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, g.m.f.d. Etibar Qaravəliyev “Azərbaycan ərazisinin seysmik təhlükəsizliyi və zəlzələ zamanı davranış qaydaları”, Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, f.r.f.d. Rəvan Mehdiyeva “Azərbaycan Respublikasının nüvə təhlükəsizliyi”, Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya Hüququ şöbəsinin müdiri, h.e.d. Ayxan Rüstəmzadə “Fövqəladə hallardan qorunmaq məqsədi ilə insan hüquqları kontekstində preventiv tədbirlər” mövzusunda MM qərargah rəislərini məlumatlandırıblar.

Şöbə rəisi cari ildə Fövqəladə Hallar Nazirliyi ilə birgə yanğın təhlükəsizliyinə dair, həmçinin “Fövqəladə hallar zamanı zərərçəkənlərə ilkin tibbi yardım və psixoloji dəstək” mövzusunda tədbirlərin keçirildiyini xatırladıb.

Alim 2017-ci ildə MM-in təşkili və yaradılması, MM tədbirlərinin yerinə yetirilməsi və icraya nəzarət məqsədilə bir sıra institutlarda yoxlamaların aparıldığını, qeydə alınan çatışmazlıqların yerindəcə aradan qaldırıldığını diqqətə çatdırıb. E.Quliyev MM üzrə tədris məsələlərinin keyfiyyətinin yaxşılaşdırılmasına dair növbəti dəfə qərargah rəislərinə müvafiq tapşırıqlarını verib.

Şöbə rəisi 2018-ci ilin Tədbirlər Planının hazırlandığını və yaxın günlərdə təsdiqlənərək AMEA-nın elmi müəssisə və təşkilatlarına göndəriləcəyini söyləyib. Bundan əlavə, qərargah rəislərinə əməkdaşların və obyektlərin mühafizəsi üçün günün tələblərinə uyğun MM tədbirlər planının hazırlanması barədə tapşırıq verilib.

E.Quliyev, həmçinin müəssisələrdəki fərdi mühafizə vasitələrinin yeniləri ilə əvəz olunmasının önəminə də toxunub və bu barədə Akademiya rəhbərliyinə müraciət ediləcəyini söyləyib. O, eyni zamanda köhnəlmiş avadanlıqların mühafizəsinə diqqəti artırmaq və FHN-in laboratoriyalarında yoxlanışdan keçirmək barədə tapşırıqlar verib.

Daha sonra 2017-ci ilin noyabr ayında Mikrobiologiya, Kataliz və Qeyri-üzvi Kimya, Genetik Ehtiyatlar, Fiziologiya və Memarlıq və İncəsənət institutlarında keçirilən Rəhbər Heyətin Mülki Müdafiə məşqləri haqqında məruzələr dinlənilib.

Seminarda şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək 2018-ci il üçün AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəisləri tərəfindən tərtib ediləcək mülki müdafiə tədbirlər planının, 2017-ci ilin yekun hesabatının, mülki müdafiənin təşkili, yaradılması və MM hazırlığı üçün sənədlərin hazırlanmasına dair tövsiyələr verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here