AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin əsərlərinin yeni nəşrləri Avropada

Görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin bir sıra partituraları Almaniyanın və İsveçrənin nüfuzlu nəşriyyatları tərəfindən 2018-ci ildə “Yeni nəşrlər” qrifi altında işıq üzü görüb.

Bu silsiləyə yalnız böyük tələbat olan və geniş ifa edilən əsərlər daxil edilib. Onların hər birini ayrı-ayrılıqda “Masterpiece” – öz janrında şah əsər saymaq olar.

Qeyd edək ki, Firəngiz Əlizadənin bir çox digər partituraları Almaniya, Fransa və İsveçrədə əvvəllər də nəşr edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here