AMEA prezidenti: “Maddi-texniki bazanın istifadəsini təmin edəcək kadrlar yetişdirilməlidir”

“Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının bütün infrastrukturu dəyişilir”.

AMEA-nın prezidenti Akif Əlizadə II Beynəlxalq Elm Festivalında çıxışı zamanı deyib ki, bu istiqamətdə AMEA addım-addım irəliləyir.

Onun sözlərinə görə, 2020-ci ilə qədər islahat yönümlü hədəflər davam edəcək: “Artıq 2 ildir AMEA-da magistratura təhsili var və hazırda burada 75 magistr təhsil alır. Bu il üçüncü ilimizdir və 100-dən artıq magistrın qəbulu nəzərdə tutulur. Hazırda isə gənc elmi kadrların hazırlanmasına, onların düzgün istiqamətləndirilməsi, nəinki elmi inkişafda, bütün istiqamətlərdə fəaliyyətlərini artırmaq üçün səyləri artırmaq lazımdır. Təhsil Nazirliyi ilə şərikli işlərimiz bu yöndə əsas yer tutur. Akademiyada gənclərin və təhsilin dəstəyini tam hiss edirik”.

AMEA prezidenti vurğulayıb ki, indi əsas problem maddi-texniki bazanın istifadəsini təmin edəcək kadrları yetişdirməkdir.

 

apa.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here