AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi yığıncağı keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) ümumi yığıncağı keçirilib.

İclası ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq fəlsəfə və elmlər doktoru hazırlığı üzrə akademiyanın dissertanturasına qəbulun nəticələri haqqında AMEA Rəyasət Heyətinin qərarını açıqlayıb. Bildirib ki, Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli sərəncamı ilə ali təhsil müəssisələrinin və elmi təşkilatların 2017-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı təsdiq edilib.

Y.Şükürlünün sözlərinə görə, Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” və AMEA prezidentinin 25 dekabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq akademiyanın dissertanturasına ŞREM əməkdaşlarının qəbulu həyata keçirilib.

Sonra mərkəzin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurrahmanov ŞREM-in 8 əməkdaşının AMEA-nın Fizika, İnformasiya Texnologiyaları, Radiasiya Problemləri, Zoologiya, Genetik Ehtiyatlar, Ədəbiyyat, Folklor və Tarix institutlarının dissertanturalarına qəbul olunduğunu bildirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here