AMEA YT Parkda istehsal olunan malların satışının təşkili ilə bağlı aqressiv marketinq tədbirləri həyata keçirilir

“Hiko kapital” MMC şirkətinin baş direktoru Hikmət Əliyev və şirkətin Satınalma şöbəsinin müdiri Elmar Hüseynov AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovla görüşdə iki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb. Şirkət tərəfindən YT Parkda istehsal olunan malların ölkədaxili bazarda satışı, təbliğ edilməsi və satış şəbəkələri vasitəsilə yayılması nəzərdə tutulub.

Daha sonra şirkət nümayəndələri AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələrinə baxış keçiriblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here