“Ana Dilimizi Qoruyaq” layihəsi (ödənişsiz)

Layihə “Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu”(SBİİYF) nun dəstəyi ilə keçiriləcəkdir.Əsas məqsədimiz Azərbaycan dilinin üzləşdiyi hərtərəfli problemləri gələcəyin simaları olan gənclərin gözüylə görmək və onlsrın bu məsələyə baxış bucağını müəyyənləşdirib doğru istiqamətə yönəltməkdən ibarətdir.

Dialoq.info-nun məlumatına görə, layihə 3 mərhələdən ibarət olacaq:

  • Layihədə iştirak edəcək gənclərin seçilməsi (30 nəfər layihədə iştirak hüququ qazanacaq)
  • Seçilən gənclər arasında adı seçim turundan sonra elan olunacaq mövzuda ən yaxşı məqalə müsabiqəsinin keçirilməsi
  • Seçilmiş gənclərin iştirakı və ekspertlərin dəvəti ilə mövzu üzrə müzakirələrin aparılması,müsabiqənin qaliblərinin açıqlanması.
    Qeyd:Müsabiqəmizin qalibləri mükafatlandırılacaq!

Layihəmizə qatılmaq istəyən hərkəs https://docs.google.com/forms/d/1J__GrWWpQUFWh46kmM1W_bL5lilYxMseMuPvIM7Nstk/viewform?usp=send_form linkinə daxil olaraq qeydiyyatdan keçə bilər.

Tel: +994505890566

  • 23 noyabr bazar
    saat: 14:00
  • Alp INN Hotel

Gəlin Ana Dilimizi Birlikdə Qoruyaq!