Anadolu texniki-peşə liseyinin müəllimlərinə Azərbaycanın uğurlu təhsil siyasəti barədə məlumat verilib

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Türkiyədə qeyd olunan 24 noyabr – Müəllimlər Günü münasibətilə bu şəhərdə fəaliyyət göstərən Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin müəllimləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə, həmçinin 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününün bütün dünya xalqları üçün əziz olduğu vurğulanıb. Baş konsul hər iki bayram münasibətilə kollektivi təbrik edib.

Azərbaycanın təhsil siyasəti, cəmiyyətimizdə müəllimlərə göstərilən ehtiram, dövlətimizin bu qəbildən olan peşə sahiblərinə göstərdiyi diqqət və qayğıdan danışan baş konsul ümummilli lider Heydər Əliyevin həmişə müəllim əməyinə yüksək qiymət verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndərimiz öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimə hörmət və ehtiramla yanaşıb, onların sosial vəziyyətinin, rifah halının yaxşılaşdırılması üçün əsaslı qərarlar verib.

Nuru Quliyev əminliklə bildirib ki, Ulu Öndərimizin müəyyən etdiyi inkişaf strategiyasının mahiyyəti Anadolu texniki-peşə liseyində də dərindən mənimsənilir.

Diplomat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsilin inkişafı istiqamətində də kompleks tədbirlər görülür. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb!” layihəsi Azərbaycan təhsilində dinamik inkişafın əsasını yaradıb. Ötən illərdə Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində, eləcə də ən ucqar dağ kəndlərində tikilən və ya yenidən qurulan məktəblərin maddi-texniki bazası gücləndirilib.

Baş konsul vurğulayıb ki, Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin müəllim heyətinin Naxçıvandakı məktəblərdə yaradılan şəraitlə tanış olması, həmçinin muxtar respublikanın tarix və mədəniyyət abidələrini ziyarət etməsi faydalı olardı.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here