RESPONSIVE LEADERBOARD AD AREA
MƏDƏNİYYƏT 2019.10.07 06:59

Anar Ağakişiyevin əl işi Demet Akalını heyran qoydu

42

Məşhurluğu sərhədləri aşan Anar Ağakişiyev bu dəfə Türkiyənin qalmaqallı pop ulduzu Demet Akalınla qardaş ölkədə görüşüb.

Oxu.Az xəbər verir ki, Demet konsert öncəsi Anarı öz evinə qonaq çağırıb. Akalının makiyaj və saç düzümünü öz öhdəsinə götürən Ağakişiyev, onu əl işi ilə heyran qoyub.

Birlikdə çəkilən fotolarını Anar şəxsi “Instagram” hesabında paylaşıb. Məşhur stilist yayımladığı fotonu bu cür şərh edib: 

“Çoxdan arzuladığım Türkiyənin ən böyük pop sənətçisi Demet Akalının evinə dəvət olundum. Allah hər kəsin arzularını həyata keçirsin, mənimkiləri də həmçinin. Bu arada arzumun yerinə yetməsinə görə də Selin Ciğerciyə təşəkkür edirəm. Allah səndən razı olsun, çox sağ ol, dostum”.

Qeyd edək ki, məşhur stilistin əl işi dünyanın bir çox nüfuzlu media orqanlarında işıqlandırılıb. İzləyicilərin əksəriyyəti Anar Ağakişiyevin ərsəyə gətirdiyi müxtəlif qadın obrazlarına görə onu tərif və alqışa qərq ediblər. 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı