RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Anar Məmmədov “Biz əslən uşaqlıqdanıq” Seminarı

433

Wow Baku Gənclər Mərkəzi sizi Anar Məmmədovun gənclərlə görüşünə dəvət edir!
Görüşün mövzusu: “Biz əslən uşaqlıqdanıq”

Mövzunun təsviri:
“Əslən hardan olduğumuz deyil, əslində hardan olduğumuz vacibdir“ – Anar Məmmədov

Uşaqlıq dövrü bir fenomendir. O, təkrar olunmaz və elm adamlarının istədikləri kimi dərk edilməzdir. Bildiyimiz budur ki, uşaqlıq dövrü talehimizin, həyat ssenarimizin bazasının qoyulan dövrüdür. Bu yaşlarda bizə olan həm neqativ həm də pozitiv təsirlər xarakterimizin formalaşmasında birbaşa rol oynamaqla yanaşı bizim dünyaya baxışımıza da toxunmamış olmur. Bəs mənim uşaqlığımdakı hadisələr “bu günkü mənə” necə təsir göstərib?

Hamımızın özümüz haqqında bildiyimiz lakin ciddi qəbul etmədiyimiz xırdalıqlar var. Bu nüansların arxasında ciddi səbəblər dayana bilər, vərdişlərimizə, hətda xasiyyətimizə belə təsir göstərə bilən səbəblər.

Mövzunun tərkibi:
Niyə mənimlə baş verən problemlər yenə və yenə baş verir?
Nəyi və niyə bağışlaya bilmirəm?
Küsü və sevinc!
Valideynlərim və Mən…
“Sevgi çatışmamazlığı” və “öldürücü məhəbbət”
İllər keçdi, bəs mən böyüdümmü?
Ekspert haqqında:
Anar Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakultəsinin İnzibati İdarəetmə ixtisası üzrə təhsil alıb. Təhsilini Moskva Psixoanaliz İnstitutunun Praktik Psixologiya fakultəsində davam etdirir.

Ətraflı və qeydiyyat: http://edu-map.org/anar-m%C9%99mm%C9%99dov-biz-%C9%99sl%C9%99n-usaqliqdaniq-seminari/

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı