Anna Netrebko və Yusif Eyvazov Sankt-Peterburqda “Şəhər günü”ndə çıxış edəcəklər

Anna Netrebko və Yusif Eyvazov Sankt-Peterburqda qeyd olunan “Şəhər günü”ndə çıxış edəcəklər.

AZƏRTAC xəbər verir ki, mayın 27-də Rusiyanın şimal paytaxtında “Şəhər günü” qeyd olunacaq. 1703-cü il mayın 27-də çar Birinci Pyotrın göstərişi ilə Sankt-Peterburqun təməli qoyulub. Bu tarix Sankt-Peterburqda hər il qeyd olunur.

Bu il şəhərin Saray meydanında açıq havada keçiriləcək konsert proqramında dünya şöhrətli opera müğənniləri Anna Netrebko və Yusif Eyvazov da iştirak edəcəklər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here