Antalyada şiddətli qasırğa ciddi fəsadlar yaradıb

Türkiyənin Antalya bölgəsində şiddətli qasırğa ciddi fəsadlar yaradıb. Təsərrüfata böyük ziyan vuran qasırğa nəticəsində 25 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.

Güclü yağış və qasırğa Kaş, Finike, Demre və Kumluca rayonlarında daha böyük dağıntılara səbəb olub. Külək avtomobilləri aşırıb.

Dəymiş zərərin hesablanması üçün komissiya yaradılıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here