Kitab: Antuan dö Sənt Ekzüperi BALACA ŞAHZADƏ (pdf faylı)

Antuan dö Sent-Eqzüperi 29 iyun 1900-cü ildə Liyonda anadan olub. Onun uşaqlıq illəri Amberyö yaxınlığında yaşayan xalasıgildə keçib, təhsilini İsveçdə Sənt-Krua-Mansda, sonra isə Parisdə alıb və dənizçilik məktəbinə daxil olmağa hazırlaşıb. Lakin bu məktəbə daxil olmaq üçün təşkil olunmuş müsabiqədən keçə bilməyib, gələcək yazıçı qərara gəlir ki, incəsənət məktəbinə daxil olmaq üçün mühazirələrə qulaq assın.1921-ci ildə Strasburqda, hava qüvvələri qoşununda hərbi xidmətə başlayır. Orada təyyarə sürməyi öyrənir və o vaxtdan bəri öz taleyini təyyarə sürücülüyü peşəsinə bağlayır. 1923-cü ildə hərbi xidmətini başa vurandan sonra müxtəlif peşələrdə çalışıb. Yazı-pozu ilə məşğul olub, məqalələr yazıb çap etdirirdi. 1925-ci ildə ilk hekayəsi mətbuatda dərc olunub. Hekayə, yazıçının vurğunu olduğu uçuş macəralarından birinə həsr olunmuşdur.1926-ci ildə Eqzüperi aviasiya cəmiyyətinə daxil olub və Tuluz-Cakarta poçt təyyarəsini idarə edib. Elə bu dövrlərdə yəni 1929-cu ildə o, “Cenub Poçtu” əsərini yazmışdır.Meriöz və Giyome ilə birlikdə Eqzüperi Amerika-Fransa hava xəttinin açılmasını müzakirə etmək üçün Amerikaya gedir.1931-ci ildə “Gecə uçuşu” əsərini yazır və əsər öz müəllifini dünya miqyasında tanıdır, ona böyük şöhrət gətirir.1935-ci ildə Paris-Sayqon uçuşunda rekord qazanmaq üçün yarışlarda iştirak etsə də uğur qazana bilmir. 1938-ci ildə Nyuyork-Magillan adalarını hava xətti ilə birləşdirməyə cəhd göstərərkən ciddi xəsarət alır. Bir neçə ay Nyu-york xəstəxanalarında müalicə olunur və “İnsanların torpağı” adlı romanını çap etdirir.
İkinci dünya müharibəsi zamanı Alman işğalçılarına qarşı vuruşan Azadlıq ordusunda fəal iştirak edir. Amma o zaman təyyarə sürməyi ona qadağan etmişdilər, çünki Eqzüperi artıq yaşlı idi. Bununla belə yazıçı təkid edə-edə öz istəyinə çatır və yenidən təyyarənin şturvalı ar-xasına keçməyə nail olur. 1944-cü il iyun ayının 31 -də Borqodan Korskaya uçur və bu onun son uçuşu olur bir daha geriyə qayıtmır. Müharibə illərində Antuan dö Sənt-Eqzüperi özünün üç əsərini çap etdirir: “Hərbi pilot, “Girov götürülmüşə məktub” və “Balaca şahzadə”.Hər iki peşənin – təyyarəçilik və yazıçılığın fədaisi olan A.Eqzüperi həyatda vur-tut 44 – il yaşamışdı.

Kitabı buradan yükləyə bilərsiniz:

Yükləmək üçün üstünə klik edin: Dialoq.info