ƏSAS SƏHİFƏ

“Apple” birinci oldu

421
Beynəlxalq “Brand Finance” konsaltinq agentliyinin reytinqində “Apple” şirkəti yenidən birinci pilləni tutaraq ABŞ-ın ən bahalı brendi elan edilib.
“Apple” brendinin dəyəri 128,3 milyard dollar dəyərində qiymətləndirilib. Bu göstərici ötən illə müqayisədə 23 faiz yüksəkdir. “Samsung” brendi ikinci pilləni tutub, dəyəri 81,7 milyard dollar təşkil edib. 76.7 milyard dollar dəyərində olan “Google” şirkəti üçüncü pillədə qərarlaşıb. Bu barədə “ICTnews” elektron xəbər xidməti bildirir.
“Brand Finance” reytinqi ən nüfuzlu reytinqlərdən biri hesab edilir.

“Brand Finance” hesab edir ki, “iPhone 6” və “iPhone 6” smartfonları sayəsində “Apple” korporasiyası belə yüksək göstəriciyə nail olub.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı