Aqrar İnkişaf Könüllüləri Gəncədə sorğu keçiriblər

Aqrar İnkişaf Könüllüləri Gəncədə fəaliyyətə başlayıblar.
Fəaliyyətlərinin ilk günü onlar sakinlər arasında sorğu keçiriblər. Sorğunun əsasını aqrar sahədən gözləntilər və tətbiq edilən yeniliklərə əhalinin münasibəti təşkil edib.
Şəhər mərkəzində aparılan sorğuya sakinlərin də münasibəti müsbət olub.
Məlumat üçün bildirək ki, Azərbaycanda Aqrar İnkişaf Könüllüləri Hərəkatı bu ilin iyul ayından yaradılıb. Hərəkatın yaradılmasında məqsəd aqrar sektorun inkişafına ictimai dəstək vermək, vətəndaşların və fermerlərin aqrar sahədəki problemlərini müəyyənləşdirmək, həll yollarını tapmaq, innovativ texnologiyaların tətbiqinə nail olmaq, gənc mütəxəssislərin aqrar sahəyə dair kreativ ideyalarını reallaşdırmaq, cəmiyyətin diqqətini aqrar sahəyə yönəltməkdir. Aqrar İnkişaf Könüllüləri ilk olaraq Şəkidə fəaliyyətə başlayıblar. İlkin olaraq Şəki DAİM üzrə 10 nəfər gənc gündəlik 4 saat olmaqla könüllü şəkildə 3 ay ərzində çalışacaqlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here