RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

12

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi toxum alıcısı olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Müraciətdə bildirilir ki, dövlət reyestrində qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş bitki sort və hibridlərinin istehsalının və satışının qarşısının alınması üçün tədbirlər göülrəcək.

Agentlik fəaliyyətini həmçinin qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən, keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarını çıxdaş etmək, onların toxumluq məqsədilə satışının qarşısını almaq istiqamətində quracaq. Hüquqi və fiziki şəxslərə toxum əldə edərkən aşağıdakılara əməl etmələri tövsiyə olunur:

  • Rəsmi qeydiyyatdan keçmiş və satış ilə məşğul olan şəxslərdən toxum əldə edərkən onun kondisiyalılığı haqqında sertifikatın surəti tələb edilməlidir;
  • Sertifikatda göstərilən etibarlılıq müddəti ilə qablaşdırmadakı tarixin uyğunluğuna diqqət yetirilməlidir;
  • Toxum alarkən ödəniş qəbzi tələb edilməlidir;
  • Toxumun səpin keyfiyyəti ilə bağlı şübhələndiyiniz halda Agentliyin Regional Toxum Sertifikatlaşma mərkəzlərinə müraciət edərək toxumun keyfiyyəti yoxlanılmalıdır.

Aqrar Xidmətlər Agentliyinin Regional Toxum Sertifikatlaşma mərkəzləri barədə ətraflı məlumatı Kənd Təsərrüfatı Nazirliyinin 1652 Cağrı Mərkəzinə müraciət etməklə əldə etmək olar.

İndiki halda sahibkara dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı