Aqşin Yeniseyin oxucularla görüşü və imza günü keçiriləcək

KİTABEVİM.AZ kitab marketində 22 NOYABR saat 15:00 da AQşin Yeniseyin oxucularla görüşü və imza günü keçiriləcək !
Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir.
Dörd kitabın — “Unutmaq sözünün şəkli” (2000), “Sizin eradan əvvəl” (2005), “Cənnətdə terror aksiyası” (2010), “147 dənə sən” (2012), həmçinin “Göləqarğısancan” romanının və yüzdən artıq məqalənin müəllifidir.