“Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi” mövzusunda təlimlər keçirib

Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı və Norveç Xarici işlər Nazirliyinin maliyyə dəstəyi ilə Tiflisdə  “Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.
Təlimlərə AB-nin “Şərq tərəfdaşlığı proqramı”na daxil olan ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının təmsilçiləri  qatılıblar. Azərbaycandan tədbirdə BJF-nin yerli üzv təşkilatı -Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təmsilçiləri Teymur Zahidoğlu və  Nəzirə Nurullayeva iştirak ediblər.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təlim iştirakçılarına “araşdırmaçı jurnalistlər üçün planlaşdırma”, “risklərin təhlili”, “şəxsi təhlükəsizlik”,  “mənbələrlə işləmə pinsipləri”,  “araşdırmaların aparılması üçün müasir metodlar” mövzusunda bilgilər verilib.
Təlimləri uğurla başa vuran iştirakçılara “Təlimçi sertifikatı” verilib.
Azərbaycandan olan iştirakçılar da sertifikat alanlar sırasındadırlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here